ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərdi


11:02     02 Oktyabr 2019 19_10_02_1569999816.jpg


Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ASAN Xidmətin təqaüdçü könüllüləri tərəfindən Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsəri əsasında hazırlanmış "Sığorta əhvalatı" tamaşası səhnələşdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər qonaqlar iştirak ediblər.

Beynəlxalq Ahıllar Günü münasibəti ilə nümayiş olunan səhnə əsərinin iştirakçıları “ASAN xidmət”in təqaüdçü könüllüləri, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləridir.

Tamaşanın rejissoru Xalq artisti Ağaxan Salmanlıdır.

Sonda tamaşanın ərsəyə gəlməsində iştirak edən könüllülərə təşəkkürnamələr təqdim olunub.








Femida.az

Açar sözlər: #ASAN  

Oxunub: 874