Yaşlı kişi itkin düşdü


11:35     02 Oktyabr 2019 2019/10/790893_1570001720.jpg

Tərtər rayonunda məskunlaşan məcburi köçkün itkin düşüb.


Rayonun Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 1967-ci il təvəllüdlü Rizvan Nəriman oğlu Mirzəliyev bir neçə gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu səbəbdən qohumları onun axtarışına başlayıblar.

R.Mirzəliyevin itkin düşməsi barədə Tərtər Rayon Polis Şöbəsinə məlumat verilib. Polis şöbəsində R.Mirzəliyev barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 381