"Bəzi kəndlərdə hələ də məktəbəqədər təhsil müəssisələri yoxdur" - Nazir müavini
12:01 02 Oktyabr 2019
"Azərbaycanda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmır".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bəzi kəndlərdə ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur: "Elələri də var ki, orada say kifayət qədər deyil. Bu baxımdan ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasının uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox yaxşı təsir edəcəyinə əminik".
Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində maraqlıdır: "Çünki beynəlxalq qiymətləndirmənin nəticələrinə görə Azərbaycanda təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir".
M.Vəliyeva xatırladıb ki, bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır: "Növbəti ildə də daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir".
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Bəzi xəstəliklər üzrə əlillik dərəcəsi yeni qaydada təyin olunacaq
- Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər
- Bəzi yerlərdə yollar buz bağlayacaq
- Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb
- Bəzi iqtisadi rayonların adlarında dəyişiklik edilib
- Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA
- Bəzi energetik içki istehsal edən şirkətlər cəzalandırılıb
- Bəzi çimərliklərdə dəniz suyu çirklidir
- Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
- Bəzi küçələrdə məhdudiyyət vaxtından əvvəl aradan qaldırılır