Bakının köhnə binalarında 542 lift quraşdırılacaq


12:34     02 Oktyabr 2019 19_10_02_1570005294.jpg


Bu ilin sonunadək Bakının bir sıra köhnə binalarında Almaniya istehsalı olan 542 lift quraşdırılacaq.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, yeniləmə işləri pilot olaraq paytaxtın Nizami, Qaradağ və Xətai rayonlarında yerləşən binalarda aparılır.

“Hazırda quraşdırılan liftlər Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən yoxlanılaraq qəbul edilir. İstismara yararsız olan liftlər sıradan çıxarılaraq yeniləri ilə əvəzlənir. Eyni zamanda istismar vaxtı bitməyən liftlərdə təmir işləri aparılır. Bu işlər əlavə olaraq növbəti il ərzində də davam etdiriləcək”, - deyə İ. Kərimov qeyd edib. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 354