Ağcabədidə avtomobillə qaz xəttini zədələdilər - 400 abonent qazsız qaldı


14:28     02 Oktyabr 2019 19_10_02_1570012155.jpg

Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.


Bu barədə Femida.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Nəticədə adı çəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Xəttin bərpası istqamətində işlər aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1535