Parklarda velosiped zolaqları salınır


14:30     02 Oktyabr 2019 2019/09/velosiped-yolu_1569416830.jpg

Paytaxt Bakıda velosiped zolaqlarının salınmasına start verilib.

Femida.az xəbər verir ki, artıq Bakının bir neçə parkında velosiped zolaqlarına rast gəlmək olar. Belə ki, yenidənqurmadan sonra ötən gün istifadəyə verilən Atatürk parkında, eləcə də Qaraçuxur qəsəbəsində salınan Neftçilər parkında sakinlər üçün velosiped yolları salınıb. Digər istirahət parklarında da belə zolaqların təşkili gözlənilir.
Ümumilikdə isə qeydə edə bilərik ki, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun - velosiped yollarının, zolaqlarının yaradılması Bakı Nəqliyyat Agentliyinin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 351


Oxşar xəbərlər