Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb - RİH "yararsız idi" deyir (VİDEO)


14:58     02 Oktyabr 2019 2019/10/a447ab3f-50e7-4638-9e19-479dff01b064_1570014001.jpg

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.


Femida.az xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “Report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.

O bildirib ki, əvvəlki abidə yararsız halda olub: “Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: “Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.


Açar sözlər:

Oxunub: 684