“Aygün” TV-nin əmlakı müsadirə edildi


15:09     02 Oktyabr 2019 2019/10/internet-Televiziya-kanal-tv_1570014700.jpg

Dövlətə olan vergi borcunu ödəməyən televiziya kanalının əmlakının müsadirə olunmasına qərar verilib.


Zaqatala rayonu ərazisində regional TV kanal kimi fəaliyyət göstərən “Aygün” Tele-Radiosuna qarşı məhkəmə iddiası qaldırılıb.

Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək TV-nin dövlətə 1444 manat vergi borcu olduğunu bildirib və bunun ödənilməsi üçün əmlakının müsadirə olunmasını istəyib.

Məhkəmənin qərarına əsasən, “Aygün” Tele-Radio Şirkətinin 15.11.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1444,3 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış 1 ədəd 3000 manat dəyərində Rusiya istehsalı “OHEГA-L” radio və televiziya siqnallarının gücləndiricisi açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə ediləcək vəsaitdən 1444,3 manat dövlət büdcəsinə ödənilsin. Cavabdeh “Aygün” Tele-Radio Şirkətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin.

Qeyd edək ki, “Aygün” TV 1996-cı ildən fəaliyyətə başlayıb, 2014-cü ildə MTRŞ onun lisenziyasının müddətini artırmaqdan imtina edib.(Qafqazinfo)

Femida.az

Açar sözlər:

Oxunub: 477


Oxşar xəbərlər