"Kamaz"la 45 yaşlı kişini vurub öldürdü


15:15     02 Oktyabr 2019 qezaaaaa8.jpg

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun 158-ci kilometrliyində, yolun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Şükürov Səbuhi Ərşad oğlu idarə etdiyi "Kamaz 511" markalı 11 BE 127 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir istiqamətində hərəkətdə olarkən yolu keçən 1974-cü il təvəllüdlü Hüseynov Namiq Allahverdi oğlunu vurub. N.Hüseynov aldığı zəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 338


Oxşar xəbərlər