Bakıda 12 gündür itkin düşən tələbənin atası: "Oğlumu "8-ci km" bazarında görüblər"


15:16     02 Oktyabr 2019 19_10_02_1570015099.jpg


Bakıda itkin düşən tələbə nəzarət kameralarına düşüb.


Bu barədə APA-ya Azərbaycan Dillər Universitetinin tələbəsi, 2000-ci il təvəllüdlü Əsədulla Cəfərovun atası Əfqan Cəfərov bildirib.

Onun sözlərinə görə, oğlu "8-ci km" bazarı ərazisində nəzarət kameralarına düşüb.

Hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam etdirilir.

Qeyd edək ki, ADU-nun tələbəsi Əsədulla Cəfərovun 12 gündür itkin düşməsi barədə məlumat yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 321