Polisdən böyük əməliyyat: Fahişəlik xidməti göstərən qadınlar tutuldu (VİDEO)


16:03     02 Oktyabr 2019 19_10_02_1570017664.jpg

Türkiyədə fahişəlik xidməti göstərən qadınlara qarşı böyük miqyasda əməliyyat keçirilib.

Femida.az haberler.com saytına istinadən xəbər verir ki, əməliyyat zamanı bir sıra xarici ölkə vətəndaşları da saxlanılıb.

Mətbuatın yazdığına görə, Ankarada baş tutan əməliyyat zamanı polis mənzildə qadınları gün ərzində 70 kişi ilə intim münasibətə məcbur edən şəxs iş başında yaxalayıb. Türkiyə polisi əməliyyatın videosunu yayımlayıb. Araşdırma zamanı məlum olub ki, qadınları kişilərlə pul qarşılığında intim münasibətə məcbur edən şəxs Ayten Aksütü adlı qadındır. O,yaşadığı villada saxlanılıb. Əməliyyat zamanı daha 9 nəfər həbs olunub.

Qadınları villada kişilərlə pul qarşılğında görüşdürən qadın evin qapısına kamera quraşdırıbmış. O, bu yolla həm mənzilə daxil olan şəxslərin sayını, həm də görüntüsünü qeydə alırmış.O, kameranı cib telefonu ilə idarə edir və qadınlara tapşırılqarını verirmiş.Həmçinin yataq otaqlarında da gizli kamera quraşdırıldığı üzə çıxıb. Onlar bu vasitə ilə həmçinin polisin əraziyə yaxınlaşmasından əvvəlcədən xəbər tutmaq məqsədi ilə istifadə ediblər.



Açar sözlər: #həbs   vVideo   #polis   #fahişələr  

Oxunub: 8938