Azərbaycanda bankomatların sayı artıb
18:01 02 Oktyabr 2019
2019-cu ilin avqust ayında Azərbaycanda istifadədə olan bankomat və POS-terminalların sayında artım qeydə alınıb.
Femida.az Mərkəzi Bankın hesabatına əsasən məlumat verir ki, bankomatların ümumi sayı 2.588-dir. Bunların 1.384-ü Bakıda, 1.204-ü isə regionlarda quraşdırılıb.
Hesabatda qeyd edilir ki, avqust ayında ticarət və xidmət sektorunda istifadə edilən POS-terminalların sayı 64 min 133 ədəd olub. İyul ayında bu göstərici 63 min 782 ədəd təşkil edib.
Artımın daha çox paytaxtdakı obyektlərdə quraşdırılan POS-terminalların hesabına baş verdiyi bildirilir. belə ki, əgər iyul ayında Bakıda istifadə edilən qurğuların sayı 38 min 139 ədəd olubsa, avqustda bu rəqəm 38 min 447 ədədə çatıb. Regionlarda quraşdırılan POS-terminallar isə iyul ayına nisbətən 43 ədəd artaraq 25 min 686 ədəd təşkil edib.
Femida.az
Oxunub: 477
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib