Zakir Həsənov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb


17:09     02 Oktyabr 2019 2019/10/725d9499cb23036_1570020753.jpg

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşüb.


Səfirlikdən Femida.az-a verilən məlumata görə, rəsmilər hərbi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Görüşdə Azərbaycan və Meksika arasında ikitərəfli münasibətlərdəki dinamikanı vurğulanıb.

Hərbi sahədə təcrübə mübadiləsi və əməkdaşlığın əhəmiyyətini vurğulayan Müdafiə naziri Zakir Həsənov Azərbaycan hərbiçilərinin müxtəlif beynəlxalq təlimlərdə iştirakına istinad edərək, bu növ əməkdaşlığın Meksika tərəfi ilə inkişaf etdirilməsi mümkünlüyünü qeyd edib.

Səfir Labardini, öz növbəsində, ticarət və turizm kimi müxtəlif sahələrdə də son dörd ildə ikitərəfli münasibətlərin möhkəmlənməsinə diqqət çəkərəkə hərbi, eyni zamanda hərbi-texniki sektorda əməkdaşlığın vacibliyini vurğulayıb. Diplomat qarşılıqlı tanıtım və əlaqələrin qurulması üçün müvafiq beynəlxalq hərbi sərgiləri olan Meksikanın FAMEX və Azərbaycanın ADEX sərgilərində qarşılıqlı iştirakın imkanlarından istifadənin vacibliyini qeyd edib.

Tərəflər həmçinin hərbi əməkdaşlıq sahəsində ikitərəfli hüquqi baza ilə bağlı məsələləri və hər iki dövlətin Müdafiə Nazirlikləri arasında əlaqələri müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 511