Sahibkarlara güzəştli kredit verilib


18:25     02 Oktyabr 2019 fqas17udhkirc4g060nj246j13berde-guzestli-kredit.png

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Saatlıda keçirilən işgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 mln. manatadək güzəştli kredit verilib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 mln. manatdan çox güzəştli kredit verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 581