Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazandı
17:11 02 Oktyabr 2019
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.
32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə bitib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5.
Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurub
- Teymur Musayev səhiyyə naziri təyin edilib
- Teymur Rəcəbov Çempionlar Turunda Aronyana qalib gəlib
- Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq
- Teymur Əhmədov koronadan vəfat etdi
- Teymur Rəcəbov Azərbaycan Prezidentinə minnətdarlıq edib
- Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu
- Teymur Rəcəbov finalda ermənini məğlub etdi
- Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı
- Teymur Rəcəbov erməni rəüibini məğlub etdi