İraqda keçirilən aksiyalar davam edir


17:58     02 Oktyabr 2019 2019/10/iraq-aksiya_1570022127.jpg

İraqın paytaxtı Bağdad şəhərində keçirilən aksiyalar artıq 2 gündür ki davam edir.



Aksiyaların əsasən Zəfəraniyə, Şəab və Bələdiyyat bölgələrində baş tutduğu bölgələrdəki mənbələr tərəfindən diqqətə çatdırılır. Vurğulanır ki, İraq təhlükəsizlik qüvvələri nümayişçilərə göz yaşardıcı qaz ilə də müdaxilə edir. Qeyd edək ki, dünən keçirilən aksiyalarda 3 nəfər həlak olub, 60-dan çox nümayişçi isə yaralanıb. Xatırladaq ki, nümayişçilər sosial şəbəkələr üzərindən təşkilatlansalar da heç bir siyasi partiya bu aksiyalara görə məsuliyyəti öz üzərinə götürmür. Nümayişçilər hökumətin dəyişdirilməsini tələb edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 527