Rusiya Ərdoğanın tərəfini tutdu
19:53 02 Oktyabr 2019
"ABŞ Suriyanın şimal-şərqindəki vəziyyətə dair Türkiyənin qanuni tələblərini nəzərə almağa hazır deyil.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi başa düşüləndir".
Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ərdoğanın Suriyadakı təhlükəsizlik zonası ilə bağlı mövqeyini şərh edərkən deyib.
"ABŞ Türkiyənin Suriya ilə birbaşa əməkdaşlıq etməsini istəmir. İstəyi bu mövzuda və sərhədlərdə nəzarəti ələ almaqdır. Bu bölgə, ümumiyyətlə, bu sərhəddəki təhlükəsizlik problemi ilə heç bir əlaqəsi olmayan bir ölkənin, öz baxışını tətbiq etməyə çalışmasını çox yaxşı başa düşürəm. Əlbəttə ki, Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı hörmətlə razılığa gəlmək olardı. Bu isə Vaşinqtonun ilkin mövqeyi deyildi. Həmçinin, Türkiyənin qanuni narahatlıqlarını bu mövqeyində nəzərə almağa hazır deyildi".
Lavrov Ərdoğanın ABŞ-a xəbərdarlığına diqqət çəkib: "Ərdoğan çoxdan xəbərdarlıq etmişdi ki, məsələ həll olunmazsa uzun müddət gözləməyəcək. Prinsiplərə uyğun olaraq amerikalılarla razılaşma olmasa, problemi onlarsız həll edəcək".
Femida.az
Oxunub: 1565
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib