Erməni təxribatı mülki şəxsin həyatına son qoydu - DSX-dan rəsmi AÇIQLAMA

Erməni təxribatı mülki şəxsin həyatına son qoydu - DSX-dan rəsmi AÇIQLAMA


20:12     02 Oktyabr 2019 Cebhe_1429352940.jpg


Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2019-cu ilin 2 oktyabr tarixində saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Açar sözlər: #erməni   #DSX  

Oxunub: 15643