“Kupça”sız ev necə rəsmiləşdirilir? – Hüquqi yardım


15:48     10 Fevral 2016 menzill.jpg

Femida.az-a müraciət daxil olub.


Müraciətin məzmunu aşağıdakı kimidir:

Vətəndaş Bakıda yeni tikilmiş binada mənzil alıb. Amma mənzilin “kupça”sı yoxdur. Vətəndaş isə mənzili rəsmi şəkildə övladına bağışlamaq istəyir.

Bu zaman hansı hüquqi prosedururlara əməl olunmalıdır?

Femida.az sualla bağlı ətraflı cavab almaq üçün hüquqşünas Məhərrəməli Həmidovun fikirlərini öyrənib.

Məhərrəməli Həmidov:

“Bina istismara verilməzdən əvvəl evin rəsmiləşdirilməsi Mənzil Tikinti Kooperativləri(MTK) tərəfindən həyata keçirilir. Bu zaman ev sahibi ilə müqavilə imzalanır. Əgər mənzil sahibi mənzili övladının adına rəsmiləşdirmək istəyirsə, o, şəxsiyyəti təsdiq edən sənədlə MTK-nın səlahiyyətli nümayəndələrinə müraciət etməlidir. Gələcəkdə bina istismara verildikdən sonra övlad həmin evə dair öz adına çıxarış ala bilər”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 7162


Oxşar xəbərlər