Bakıda oteldə yanğın oldu - 10 əcnəbi təxliyyə edildi


20:48     02 Oktyabr 2019 19_10_02_1570034948.jpg

Bakıda oteldə yanğın qeydə alınıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” otelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 451