Sumqayıt-Bakı qatarı niyə gecikdi - Yeniləndi


11:20     03 Oktyabr 2019 sumqayit%20qatari%20yolda.jpg

Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində ləngimə yaranıb.


Bunu Femida.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildiriblər.

Gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq olub:

"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

***


Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

Femida.az xəbər verir ki, Sumqayıtdan saat 08:00-da yola düşən qatar 15 dəqiqə gecikmə ilə 09:55-də Bakı stansiyasına çatıb.

Qatarın maşinisti bildirib ki, gecikməyə texniki problem səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 520