Deputatın keçmiş müavini məhkəmə qarşısında
16:10 16 Noyabr 2015
Narkotik vasitələrin qanunsuz satışında və istifadəsində təqsirləndirilən Azərbaycan vətəndaşları Əlirza Amanbəyli, Bəhram Əliyev və Türkiyə vətəndaşı Adil Yavuz Ferin barələrində olan hökmdən verilmiş apellyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.
Məhkəmənin ilkin baxış iclası noyabrın 20-nə təyin edilib.
Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferin Sumqayıt şəhərində yaşadığı mənzildən 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Qeyd edək ki, həbs edilənlərdən Əlirza Amanbəyli 2006-ci ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri olub, Milli Dirçəliş Hərəkatı Partiyasının (sədri deputat Fərəc Quliyevdir) sədr müavini və Güney Azərbaycan departamentinin sədri olub.
Bu il sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Fer Adil Yavuz 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 1795
Oxşar xəbərlər
- Deputatın oğlu maşınla adam vurub? - Digər oğlu danışdı (Yenilənib)
- Deputatın səhhəti ilə bağlı oğlundan AÇIQLAMA
- Deputatın xanımı intihara cəhd etdi
- Deputatın məmur qohumu öldü
- Deputatın `qardaşı qızı`na 8 il HƏBS
- Deputatın evindən gəlin köçdü... - Foto + Video
- Deputatın oğlu prokuror müavini təyin olundu
- Deputatın oğlu təqsirkar sayıldı
- Deputatın 81 yaşlı əmisi işdən çıxarıldı
- Deputatın həkim əmisindən ittihamlara cavab - VİDEO