Düşmən təxribatı nəticəsində ölən mülki şəxs kimdir? - FOTO
09:59 03 Oktyabr 2019
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən təxribatı olub.
2019-cu ilin 2 oktyabr tarixində saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu aldığı güllə yarasından həyatını itirib.
Azvision.az -ın məlumatına görə, düşmən təxribatı nəticəsində həlak olan mülki şəxs Səfərəli Abışov bu ilin aprel ayında sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmişdi.
Qeyd edək ki, S.Abışov əslən Masallı rayon Əmirtürbə kəndindəndir.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- Düşmənin atıb qaçdığı hərbi texnikalar və silah tapıldı
- Düşməndən götürülən avtomobil nömrələrindən ibarət lövhə paradda nümayiş etdirilib
- Düşməndən götürülən hərbi qənimətlər Bakıda - VİDEO
- Düşmən tərəfindən mülki obyektlərə 30 min mərmi atılıb - RƏSMİ
- Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutub - RƏSMİ
- Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
- Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI
- Düşmən Ağdamı atəşə tutur, 20-yə yaxın evə ziyan dəyib
- Düşmən yaşayış məntəqələrimizi atəşə tutub