Şirkət 6800 dollar cərimələnib
10:12 03 Oktyabr 2019
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Femida.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 6817 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qərarından "Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti" MMC-nin direktrorunun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qərar qüvvədə saxlanılıb.
Elektrikquraşdırma sahəsində layihənin əvvəlindən sonuna qədər lazim olan bütün işlərin həyata keçirilməsi xidmətini həyata keçirən "Elektrik Quraşdırma və Təmir Tikinti” MMC 2016-cı ildən fəaliyyət göstərir.
Femida.az
Oxunub: 391
Oxşar xəbərlər
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Üç istirahət mərkəzinin rəhbəri cərimələnib
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Sürücülərə vacib xəbər - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
- “Muğanbank” cərimələnib
- "Araz Supermarket" 2,5 milyon manat CƏRİMƏLƏNDİ - SƏBƏB