BŞBPİ: Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq

BŞBPİ: Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq


10:33     03 Oktyabr 2019 19_10_03_1570084096.jpg

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib.



Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az -ın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı İcra Hakimiyyətinin qarşısında aksiya təyin edib. Onlar şəhərin mərkəzi hissələrində aksiya keçirmək üçün yer tələb edirlər.

Açar sözlər:

Oxunub: 201