"Bunlar yalnız Gənclər və İdman Nazirliyinin üzərinə düşən məsələ deyil" - İntiqam Babayev


11:04     03 Oktyabr 2019 2019/10/intiqam-babayev_1570086642.jpg

"Bugünkü tədbir əlilliyi olan gənclərlə sosial işə həsr olunub. Burada MDB-dən olan bu sahədə çalışan nümayəndələr, gənclər təşkilatları, ekspertlər, mütəxəssislər, təhsil müəssisələrinin nümayəndələri iştirak edir".


Femida.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev "Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyaları: Problemlər və perspektivlər" adlı beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, əlilliyi olan insanlarla işin qurulması hər bir cəmiyyət üçün aktual mövzudur:

"Gənclər və İdman Nazirliyinin əsas missiyası bu kimi konfransların keçirilməsidir. Bu bizim analoji 2-ci konfransımızdır. Bundan başqa aidiyyəti qurumlar, ictimai təşkilatlarla birlikdə əməkdaşlıq çərçivəsində bu günə qədər bir sıra tədbirlər keçirmişik. Bildiyiniz kimi beynəlxalq "Şərq Nağılı" festivalı keçirilib. Orada əlilliyi olan gənclərin potensialının üzə çıxarılmasına şərait yaradılıb. Biz əlilliyi olan insanlarla bağlı müxtəlif yarmarkalar, dəyirmi masalar, konfranslar keçiririk. Çalışırıq ki, beynəlxlaq tədbirlərdə əlilliyi olan gənclərimiz də təmsil olunsun. Onların Rusiya, Gürcüstan kimi ölkələrin müxtəlif təhsil ocaqları ilə əlaqələrinin qurulmasına şərait yaradırıq".

"Əlilliyi olan gənclərin asudə vaxtını təşkil etmək, ictimai həyatda iştirakına şərait yaratmaq və s. bütün bunlar yalnız Gənclər və İdman Nazirliyinin üzərinə düşən məsələ deyil. Konfransın keçiriləcəyi iki gün ərzində müxtəlif ölkələrdən gələn insanlar da öz ölkələrində olan təcrübələri bölüşəcəklər. Ola bilsin ki, burada iştirak edən insanlar arasında gələcəkdə hansısa təşəbbüslər irəli sürülə, əməkdaşlıqla bağlı layihələr müzakirə edilə bilər", - deyə nazir müavini qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #İntiqam_Babayev  

Oxunub: 694


Oxşar xəbərlər