Növbəti SAT imtahanı keçiriləcək


11:59     03 Oktyabr 2019 2019/01/dim_yeni_1548059111.jpg

Dövlət İmtahan Mərkəzində oktyabrın 5-də növbəti SAT imtahanı keçiriləcək.


DİM-dən Femida.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT Subject isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır. Hər il bu imtahanda iki milyondan artıq şəxs iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 456