4 il əvvəl törədilən quldurluğun üstü açıldı
12:21 03 Oktyabr 2019

Polis əməkdaşları tərəfindən 4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstü açılıb.
Daxili İşlə Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girmiş 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk edib.
Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 170
Oxşar xəbərlər
- Deputat oğlunun həbs müddəti uzadıldı
- Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - 808 min manatlıq əmlaka həbs qoyuldu
- Ermənistanda keçmiş hərbi polis rəisi rüşvətə görə həbs edildi
- Polis əməliyyat keçirdi: 60 nəfər TUTULDU
- Oğuz Peşə Məktəbinin direktoru korrupsiyaya görə həbs olundu
- Bu ölkənin prezidentinə 20 il həbs cəzası verildi
- Həbs edilən bələdiyyə sədrinin məhkəməsi başlayıb
- 50 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası
- Sürücüyə xəsarət yetirən qardaşların məhkəməsi başlayır
- "Mərhumu vurub getdim evə, 3 gün sonra polislər gəldi" - Həbsxanadan VİDEO