Hacıqabulda qəza: Piyada öldü


12:29     03 Oktyabr 2019 qeza.jpg

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, oktyabrın 2-də saat 21 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Sumqayıt şəhər sakini Abdulla Fətullayev idarə etdiyi “DAF” markalı avtobusla yolu keçən 35-40 yaşlı kişini vurub və piyada hadisə yerində ölüb.

Fakta bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 650