Mingəçevirdə polisi bıçaqladılar


12:23     03 Oktyabr 2019 bicaq.jpg

Oktyabrın 2-də saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan 2 nəfərə yaxınlaşıb və onları intizama dəvət edib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, onlardan biri tabeçilik göstərməyib, R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib hadisə yerini tərk edib. R.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb.


Femida.az

Açar sözlər: #Polis   #Bıçaq  

Oxunub: 588