"Rafaelin məsələsi bütün deputatlara dərs olmalıdır" - Hadı Rəcəbli


12:50     03 Oktyabr 2019 2019/10/413277293-(1)_1570092550.jpg


“Cəmiyyət problemsiz olmur. Bu cür hadisələr çox ola bilər. Amma deputat ictimai şəxsiyyətdir. Əlbəttə, onun da qüsuru ola bilər. Amma gördünüz ki, Rafael Cəbrayılov qüsurunu aradan qaldırmaq üçün necə bir addım atdı”.

Bu sözləri Milli Məclisin deputatı Hadı Rəcəbli Femida.az-a açıqlamasında deyib. O, həmkarının mandatdan imtina etməklə düzgün addım atdığını bildirib:

“Əlbəttə ki, belə hallar olmasa, daha yaxşıdır. İnanın ki, həyatda minlərlə adam belə halla qarşılaşır, amma səs-küy yaratmır. Amma eyni şeyi deputat edirsə, böyük reaksiya doğurur, gündəmə çevrilir. Niyə? Çünki o ictimai şəxsiyyətdir.

Bütün hallarda hesab edirəm ki, R. Cəbrayılov düzgün addım atdı və bu məsələ bütün deputatlara dərs olmalıdır. Belə məsələlərdən qorunmalıyıq. Buradan mətbuata da demək istərdim ki, olmayan şeyi yazıb şişirtməsinlər. Rafaelin məsələsində də olmayan şeylər yazıldı, məsələ şişirdildi”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #deputat   #Hadı_Rəcəbli   #Rafael_Cəbrayılov  

Oxunub: 2716