Təbriz-Bakı aviareysi yenidən açılacaq


14:03     03 Oktyabr 2019 azalll2.jpg

“Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda “Khaza”, “Rana” və “Dena” markalı avtomobillər istehsal olunur. Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək”.

Femida.az-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib. Səfir deyib ki, zavodun 75%-i Azərbaycanın “Azərmaş” və 25%-i İranın “Khodro” şirkətinə məxsusdur.

B. Hüseynov Təbriz-Bakı aviareysinin yenidən açılacağını da əlavə edib.

Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır, ləğv olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 421