Qaçırdığı maşınla qəza törətdi


14:37     03 Oktyabr 2019 qeza_yeni.jpg

Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən Sahil qəsəbə sakini E.Cəfərov sentyabrın 30-da saat 21 radələrində qəsəbə ərazisindən “BMW” markalı avtomobilinin qaçırıldığını və İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsini bildirib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qəbələ rayon sakini Ə.Osmanlı saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 440