Arvadının sədrlə münasibətdə olduğunu iddia edən kişi jurnalistlərdən kömək istədi (VİDEO)


15:28     03 Oktyabr 2019 2019/10/SEDRLE_1570102374.jpg

Ötən gün "Space Tv" yayımlanan "Gəl, dərdini danış" sosial kriminal layihədə inanılmaz anlar yaşanıb.


Femida.az xəbər verir ki, verilişə müraciət edən Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini İsgəndər bəy kənd bələdiyyəsinin özbaşınalığından danışıb. O, bildirib ki, hətta kənd bələdiyyəsi onun həyat yoldaşı ilə münasibətdədir.

"Nə zaman əlaqə qururblar xəbərim yoxdu. Kənddə heç kim mənə salam vermir. Rusiyadan gəlmişəm eşidirəm ki, evimdə qız uşağım ola-ola kənd bələdiyyə sədri mənim evimə gəlib, hətta yoldaşımla maşınla harasa tez-tez gediblər. Bunu kənd sakinləri danışı. Arvadım isə bələdiyyə sədri Ceyhunun guya baldızımla münasibətdə olduğunu deyir. Halbuki, adam özü də evlidir..."

Daha sonra kəndin bir neçə nümayəndəsi efirə qoşularaq deyilənlərin həqiqət olduğunu bildirib.

Həmin kadrları təqdim edirik:


Açar sözlər:

Oxunub: 3053