Gəncədə mağaza qarət olunub


16:13     03 Oktyabr 2019 19_10_03_1570104203.jpg

Gəncədə mağazadan oğurluq edilib.

Femida.az -ın məlumatına görə, Gəncənin 38-ci hərbi şəhərcik adlanan ərazisində naməlum şəxslər Musa Abdullayevə məxsus mağazanın qapısını sındıraraq, içəri giriblər.

Onlar mağazada olan “Milliön” aparatını sındırıb, içərisindəki pulu götürüblər. Ümumilikdə mağazadan 1800 manat və 700 manatlıq ərzaq malları oğurlanıb.


Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 402