Putin: "Azərbaycanla münasibətlər uğurla inkişaf edir"


16:22     03 Oktyabr 2019 1418895708_putin_zumapress.jpg

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər uğurla inkişaf edir".

Femida.az Kremlin saytına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı deyib.

"Ticari-iqtisadi əlaqələr möhkəmlənir, ticarət dövriyyəsi ötən il 2,5 milyard dollar təşkil edib... Öz adımızdan bütün bu konkret layihələrin həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik. Hökumətlərarası komissiya bu istiqamətdə işləyir və məncə, olduqca inamla işləyir", - deyə Rusiyanın dövlət başçısı vurğulayıb.

Açar sözlər:

Oxunub: 1732