Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə edib
18:16 03 Oktyabr 2019
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü - sonuncu final görüşünü keçirib.
Femida.az -ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib.
Qarşılaşma 31-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Ümumi hesabda (2:2) qalib müəyyənləşmədiyindən, oktyabrın 4-də "tay-breyk" olacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.
Oxunub: 474
Oxşar xəbərlər
- Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurub
- Teymur Musayev səhiyyə naziri təyin edilib
- Teymur Rəcəbov Çempionlar Turunda Aronyana qalib gəlib
- Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq
- Teymur Əhmədov koronadan vəfat etdi
- Teymur Rəcəbov Azərbaycan Prezidentinə minnətdarlıq edib
- Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu
- Teymur Rəcəbov finalda ermənini məğlub etdi
- Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı
- Teymur Rəcəbov erməni rəüibini məğlub etdi