Ərdoğan Azərbaycana gələcək - Bakıda zirvə görüşü


17:02     03 Oktyabr 2019 2018/07/erdogan-sefer_1531120566.jpg

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) oktyabrın 14-15-də Bakıda keçiriləcək VII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Səfir bildirib ki, prezidentlərin görüşündən öncə keçiriləcək Şuraya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu qatılacaq.

“Dövlət başçımız Azərbaycana səfəri zamanı qardaşı Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək”, - deyə Türkiyə səfiri vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1506