Roma Papası Pompeo ilə görüşüb


17:20     03 Oktyabr 2019 roma%20papasi.jpg

Roma Papası Fransisk Vatikanda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə Yaxın Şərqdə xristian icmalarının qorunması və dünyada dini azadlığın təmin olunması kimi məsələlər müzakirə olunub.

Görüş zamanı Roma Papası və ABŞ Dövlət katibi tərəflərin qlobal miqyasda demokratiya və insan hüquqları sahəsində davam edən səylərini müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 537