Fondun təşkilatçılığı ilə seminar keçirilib


17:50     03 Oktyabr 2019 2019/10/72199-1570108770_1570108910.jpg

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa və Füzuli rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.

Qurumdan Femida.az-a verilən məlumata görə, Sumqayıt şəhərində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhminin və Füzuli rayonunda görkəmli aktyor, kinorejissor Elçin Cahangirlinin iştirakı ilə keçirilən tədbirlərdə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi, gənclər arasında mənəvi dəyərlərin təbliği və digər mövzularda maraqlı müzakirələr təşkil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 431