Üç rayonda qaz olmayacaq


09:30     04 Oktyabr 2019 qaz7.jpg

Oktyabrın 4-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq və bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.


“Azəriqaz” İB-dən Femida.az -a verilən məlumata görə, saat 10:00-dan etibarən SOCAR-ın “Qaz İxrac” İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Bundan başqa saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 358