Lüksemburqdakı səfirimizə tapşırıq verildi - “Qarabağ”ın oyunundakı təxribata görə


09:43     04 Oktyabr 2019 XIN0.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda "Düdelanj" - "Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir.

Femida.az xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib" - XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, “Düdelanj” - “Qarabağ” matçının 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb. Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Görüş 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1403


Oxşar xəbərlər