Yolu keçmək istəyən piyadanı maşın vurdu - FOTO
10:11 04 Oktyabr 2019
Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə ötən axşam şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Kürdəmirdə məskunlaşan Laçın rayon sakini, 1981-ci il təvəllüdlü Fərəcov Natiq Məhərrəm oğlu dördyol ayrıcı deyilən yerdə yolu keçmək istəyərkən Kürdəmirdə məskunlaşan Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü sürücü Əhmədov Ramiz Yaqub oğlunun idarə etdiyi “VAZ 2106” markalı maşınla vurulub. Yaralı rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Natiq Fərəcov Bakı şəhərinə ixtisaslaşmış tibb müəssisəsinə göndərilib.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 423
Oxşar xəbərlər
- Yoluxanların sayı AÇIQLANDI
- Yoluxanların sayı 4000-i keçdi
- Yoluxma azaldı - SON STATİSTİKA
- Yoluxanların bu günə olan statistikası - 31 nəfər vəfat edib
- Yoluxma kəskin artdı
- Yoluxma azaldı, sağalanların sayı artdı
- Yoluxma sayı sağalanların sayını üstələdi
- Yoluxma sayı 100-dən aşağı düşdü
- Yoluxma və ölüm sayı yenə azaldı
- Yoluxanların sayı azaldı