Daha bir maşın qaz xəttini qırıb - Qaz təchizatı dayandırıldı


10:20     04 Oktyabr 2019 2019/10/qaz_xetti_041019_(2)_1570170164.jpg

Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.



Birlikdən Femida.az-a verilən məlumata görə, hadisə yerinə baxış keçirən “Azəriqaz” əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 351