“Qarabağ”ın oyunu zamanı daha bir insident olub - FOTOLAR

“Qarabağ”ın oyunu zamanı daha bir insident olub - FOTOLAR


10:25     04 Oktyabr 2019 2019/10/aa4_1570170414.png

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ına qarşı keçirdiyi matç zamanı daha bir insident baş verib.


Femida.az xəbər verir ki, “Jozi Bartel” stadionunun dayanacağında oğurluq olub.

Matç məlum erməni təxribatına görə yarımçıq dayandırıldığı zaman oğrular dayanacağın 3-cü mərtəbəsinə daxil olaraq avtomobillərin şüşələrini sındırıblar. Maşınlardan pul və bahalı əşyaları oğurlayıblar. Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçı 4:1 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. Matç zamanı ermənilər stadionda təxribat törədiblər. Belə ki, onlar dron vasitəsilə Qondarma Dağlıq Qarabağ “bayrağ”ını meydançaya endirməyə çalışıblar. Buna görə matçda 30 dəqiqə ərzində fasilə yaranıb.









Femida.az

Açar sözlər: #Qarabağ   #Futbol  

Oxunub: 674