AFFA təxribata etiraz etdi: UEFA-ya müraciət olunacaq
10:26 04 Oktyabr 2019
Matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Sabah qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"ın səfərdə "Düdelanj"a qarşı keçirdiyi oyunda baş verən erməni təxribatına AFFA da etiraz edib. Femida.az qurumun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Sabah qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.
Xatırladaq ki, "Düdelanj" - "Qarabağ" oyununun 31-ci dəqiqəsində - "Qarabağ"ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. Xoşagəlməz olaydan sonra baş hakim matçı yarımçıq dayandırıb. Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Femida.az
Oxunub: 459
Oxşar xəbərlər
- AFFA rəsmisi Avropa çempionatına təyinat alıb
- AFFA rəsmisini döyən oyunçuya ağır cəza verilib
- AFFA İntizam Komitəsinin sabiq sədri vəfat edib
- AFFA yarışların təxirəsalınma müddətini uzatdı
- Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçildi
- AFFA 6 futbolçunu cəzalandırdı
- AFFA "Qarabağ"ı cərimələyib
- Danışılmış oyunlara görə AFFA iki futbolçunu cəzalandırdı
- AFFA bir neçə klubu cəzalandırıb
- AFFA Rauf Əliyevə xəbərdarlıq edib