“Azərbaycanda vəkillərin sayı kifayət qədər artıb” - Ali Məhkəmənin sədri


10:34     04 Oktyabr 2019 2019/10/ramiz-rzayev_1570170932.jpg

“Son dövrlər Azərbaycanda vəkillik institutu ilə bağlı aparılan islahatlar nəticəsində vəkillərin sayının kifayət qədər artması öz bəhrəsini verməkdədir”.



Femida.az-ın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, vəkillik institutu inkişaf edərək insan hüquq və azadlıqlarını təminatında öz layiqli töhfəsini verəcək.



Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Ali_Məhkəmə   #Vəkillər_Kollegiyası  

Oxunub: 1056