Qubada 1 ton alma oğurlayan şəxslər saxlanılıb

Qubada 1 ton alma oğurlayan şəxslər saxlanılıb


10:37     04 Oktyabr 2019 2019/10/15701707595027454181_1000x669-(1)_1570171297.jpg

Quba Rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 30-u gecə saatlarında Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik almanı oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin Əliməmmədoba kənd sakinləri Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları meyvələri Z.Niftəliyevə məxsus nəqliyyat vasitəsilə Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 145