“Azərbaycanda vəkillərin sayı iki dəfə artıb” - Fuad Ələsgərov


10:44     04 Oktyabr 2019 2019/10/Fuad_Alasgarov_1570173596.jpg


"Azərbaycanda aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb".


Femida.az-ın xəbərinə görə, bunu Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycanda vəkillərin sayı iki dəfə artıb və bu proses davam edəcək.

Mircəlal Məcdili
Femida.az

Açar sözlər: #Fuad_Ələsgərov  

Oxunub: 5715