Tomas Hermann: "Azərbaycanda vəkillər tam müstəqil fəaliyyət göstərir


10:53     04 Oktyabr 2019 2019/10/71516840_654019931791252_8969438490685079552_n_1570174345.jpg

Xəbər verdiyimiz kimi Bakıda Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda tədbir keçirilib.


Femida.az xəbər verir ki, tədbirdə çıxış edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyuətinin Azərbaycan üzrə hüquq layihəsinin rəhbəri Tomas Herman Azərbaycanda hüquq sahəsində aparılan islahatlardan danışıb.

"Əvvəl Azərbaycanda vəkillər Dövlətin nəzarəti altında idi. Amma bu gün fərqli mənzərə yaranıb. Aparılan islahatlar çərçivəsində vəkillər tam müstəqil fəaliyyət göstərir. Bu gün yaxşı təşkil olunmuş müstəqil vəkil peşəsi yaradılıb. Xüsusi ilə gənc hüquqşünasların Kollegiyaya üzv olunması təqdirəlayiq əməldir",- deyə cənab Tomas Hermann çıxışında bildirib.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 729